Kastob Beynəlxalq Qısametrajlı Film Festivalı film qəbulu elan edir

Kastob Beynəlxalq Qısametrajlı Film Festivalı “Kıyıdakı kadınlar” mövzusunda filmlərin qəbuluna start verib.

25 dekabr 2023-cü il tarixindən sonra istehsal olunan 3-7 dəqiqəlik animasiya, bədii və sənədli filmləri olan müəlliflər müraciət edə bilərlər. Müraciət pulsuzdur və bir müəllif istənilən sayda filmlə müraciət edə bilər. Son qəbul tarixi 15 fevraldır.

Ətraflı məlumatı aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz: https://kastob.org.tr/tr/