Kinematoqrafçılar İttifaqının Kino Məktəbində Pavel Finnin ustad dərsləri başlayır

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dünya şöhrətli kinodramaturq  Rüstəm İbrahimbəyovun bədii rəhbəri olduğu Kino Məktəbi 3 bölümdə (“Kinorejissorluq”, “Kino dramaturgiya”, “Animasiya”) öz fəaliyyətinə start verib.Xarici mütəxəssislərin dəvət edilməsi Kino Məktəbinin yarandığı gündən tətbiq etdiyi təcrübəyə əsaslanır.Növbəti ustad dərsləri silsiləsinə  başlanmaq üzrədir. Görkəmli kinodramturq  Pavel Finn ustad dərsləri üçün Kino Məktəbinə dəvət olunub.

Xatırladaq ki, Pavel Finn ÜDKİ-nin ssenari fakültəsini bitirib. 20 ildən artıqdır ki, ssenarist və rejissorların Ali kurslarında dərs deyir, yaradıcılıq emalatxanasına rəhbərlik edir. Onun ssenariləri əsasında “ “Başsız atlı”(1973). «Sevgi etirafı” (1977) “Dostoyevskinin həyatından iyirmi altı gün”(1980), “Şahid”(1985), “Uşaq meydançası”(1986), “Təsadüfi vals” (1989), “Biz sənin övladlarınıq, Moskva” (1997), “Stalinə Hədiyyə” (2008) kimi ciddi sənət nümnələri ekranlaşdırlıb.Xüsusilə klassik ədəbiyyatın ekranlaşdırlmasında P. Finn ustalığı ilə seçilir. P.Finn həmçinin Murad İbrahimbəyovun, Maqsud İbrahimbəyovun məşhur “Ondan yaxşı qardaş yox idi” povesti əsasında çəkdiyi filmin ssenari müəllifidir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı