``Kino gözlə söz arasında`` kitabının təqdimatı keçirilib

Aprelin 8-də ssenarist, sənətşünas və pedaqoq Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabının təqdimatı keçirilib. Tədbirdə yaradıcı şəxslər, o cümlədən, Nadir Bədəlovun tələbələri iştirak edib. Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn kitab 3 hissədən ibarətdir: “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış”. Həmçinin kitabda ən populyar ssenari ustadları – Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərdən də söz açılır.

Kitab, kino ilə peşəkar olaraq məşğul olanlardan savayı bütün kinosevərlər üçün də nəzərdə tutulub. Tədbirdə çıxış edənlər Azərbaycan dilində elmi ədəbiyyatın yazılmağının vacibliyindən danışıb.

“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov, redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyevadır.

aki.az