Kino həvəskarlarının diqqətinə! DokuBaku könüllü axtarışında

Doku Baku Beynəlxalq Sənədli Film Festivalı, festivalın təşkilatçılarına açılış və qapanış mərasimlərində, film nümayişlərinin təşkilində, tamaşaçılara rəhbərlik etməkdə və bacarıq və biliklərinizə uyğun hər hansı bir dəstək verə biləcək könüllü fasilitatorlar axtarır.

Fasilitatorlar film okeanına dalmaq, yerli və beynəlxalq istehsalçı mütəxəssislər ilə tanış olmaq və festivalın gedişatı ilə bağlı dəyərli bir təcrübə üçün əsl fürsət əldə edəcəklər.

Qeyd edək ki, könüllülər festival günlərində – 21-25 sentyabr 2022 tarixlərində fəaliyyət göstərəcəklər. Kino həvəskarları müraciət edə bilərlər. Müraciətinizi təqdim etdikdən sonra ərizənizin qəbul etdildiyi barədə elektron ünvanına bildirişi alacaqsınız. İlkin mərhələni keçdiyiniz halda, sizə ikinci elektron ünvanına bildirişi gələcək, fiziki və ya onlayn müsahibəyə dəvət alacaqsınız.

Müraciət üçün son tarix 20 iyul 2022-ci ildir.

Qeydiyyatdan keçmək üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSdm6KKZQw0tV9DcFHcVNvy1Mk7reH2XAGKQYNmQLUttv 8iV9g/viewform

aki.az