Kino həyatımızın 3-cü rüb üçün mənzərəsi “Rakurs” dərgisində

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” dərgisinin 3-cü rüb üçün buraxılışı nəşr olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, hesabatlılığı fəaliyyətlərinin əsas amillərindən sayırlar. “Rakurs” dərgisi respulikamızda kino sahəsində baş verən hadisələrinin salnaməsini yaratmaqla yanaşı, Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətini işıqlandırır. Rüblük nəşr olunan dərginin 3-cü rüb üçün buraxılışında “Azərbaycan Kinematoqrafçılar İttifaqında”, “Respublikamızda”, “Xaricdə”,”Çəkiliş meydançalarında”, “Layihələr”, “Festivallar və müsabiqələr”, “Yubilyar filmlər”, “Yubilyar sənətçilər” bölmələrində ölkəmizin kino həyatının geniş mənzərəsi yaranır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı onu da qeyd edib ki, film istehsalı ilə yanaşı, kino müsabiqələrinin təşkili, kino nəşrlərinin artması kino sənayemizin formalaşması üçün vacib faktorlardan biridir.

aki.az