Kino Şurası yaradıldı

Prezident İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb. Yaradılan Şura dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək.

Mədəniyyət Nazirliyindən əldə etdiyimiz məlumata görə,  Kino şurası üç İşçi Qrupundan ibarətdir.

  • Birinci İşçi Qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin
  • İkinci İşçi Qrupu ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin
  • Üçüncü İşçi Qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcəkdir.

Yeri gəlmişkən, kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyiyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də müxtəlif sənət adamlarından təşkil olunan Kino Şurasının tərkibi üç istiqamət üzrə müəyyənləşib.

  1. Ərizələrin və sənədlərin qəbulu üzrə İşçi Qrupu:
  2. Ssenarilərin bədii-kinematoqrafik baxımdan qiymətləndirilməsi üzrə İşçi Qrupu:
  3. Layihələrin iqtisadi qiymətləndirilməsi (pitçinq) üzrə İşçi Qrupu:

Kino Şurasının İşçi Qrupuna studiya rəhbərləri, prodüser və rejissorlar daxildir.

Aşağıdakı linkdən şuranın tam tərkibini görə bilərsiniz.

Azərbaycan Kinematoqrafçılar İttifaqı