Kinorejissorlar Gildiyasının konfransı keçirildi

28 dekabr Azərbaycan Professional Kinorejissorlar Gildiyasının 20 illiyinə həsr olunmuş hesabat seçki konfransı keçirildi.

Konfransda görülən işlər müzakirə olundu və idarə heyətinin işi qənaətbəxş sayıldı. Kinorejissor Hüseyn Mehdiyev səsə çoxluğu ilə yenidən Kinorejissorlar Gildiyasının sədri seçildi.

Azərbaycanı Professional Kinorejissorlar Gildiyasının fəaliyyəti dövründə ilk dəfə olaraq məhz bu konfransda Gildiyanın sədrinin müavinləri seçildi. 1-ci müavin, əməkdar incəsənət xadimi Rafiq Quliyev, 2-ci müvinlər Mirsadıq Ağazadə və Elçin Musaoğlu seçildi.

Onu da qeyd edək ki, konfrans iştirakçıları son illər Azərbaycan klassik filmlərinin rəqəmsal bərpası haqqında da fikir mübadiləsi apardılar. Bu təşəbbüslər müsbət qiymətləndirilsə də, filmlərin rəng həllinə, səs həllinə olan müdaxilə yolverilməz sayıldı və müəllif hüquqlarının pozulması kimi qiymətləndirildi.

O da qeyd olundu ki, bütün hallarda bu filmlər “Azərbaycanfilm”in nəzarətində peşəkar komissiya tərəfindən qəbul edilməlidir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı