Kinoşünas Aygün Aslanlı beynəlxalq kino festivalının münsif heyətində

Azərbaycan Kinematoqrafçılar İttifaqının NETPAC film təşkilatı ilə əməkdaşlığı çərçivəsində “Fokus” analitik kino jurnalının redaksiya heyətinin üzvü Aygün Aslanlı NETPAC təşkilatının xüsusi mükafatını təqdim etmək üçün 24-cü Joenju Beynəlxalq Film festivalının (Cənubi Koreya) NETPAC jüri heyətinin sədri seçilib. XXIV Joenju Film Festivalı aprelin 27-dən mayın 6-na qədər davam edəcək.

Festivalda filmlər Qran-Pri, “Ən yaxşı görüntü”, “Jürinin xüsusi mükafatı”, “NETPAC mükafatı”, “Sənədli Film mükafatı”, “Ən yaxşı yerli film rejissoru” daxil olmaqla, ümumilikdə 4 kateqoriyada 15 mükafat üzrə yarışacaq. Qalibləri müəyyən etmək üçün 14 beynəlxalq və yerli peşəkarlardan ibarət jüri komandası mövcuddur. Jüri kinematoqrafçılardan, aktyorlardan, kinotənqidçilərdən, festival proqramının rəhbərlərindən, akademik və digər film üzrə ixtisaslaşmış Koreya və bir çox xarici ölkələrdən gəlmiş komanda üzvlərindən ibarətdir.

Festivalın müsabiqə bölməsi  Beynəlxalq müsabiqə, Koreya müsabiqəsi, Qısa Koreya filmləri müsabiqəsi, NETPAC, İlkin seçim məsləhətçiləri bölmələrindən ibarətdir. NETPAC jüri bölməsində Aygün Aslanlı, “Screen” (Ekran) jurnalının baş redaktoru, film jurnalisti, Çunçeon Film Festivalının direktoru Kim Hyung-Seok və film prodüseri, Busan Film Komissiyası, Asiya Film Komissiyasının (AFCNet) sədri, “Madelin”, “Mavi qaranquş”, “Mənim atam” kimi müstəqil filmlərin prodüseri Çoy Yuun eyni səhnəni bölüşəcəklər.

Festivalın xüsusi mükafat bölməsində NETPAC mükafatı da daxil olmaqla 4 mükafat veriləcək. Bu mükafat Asiya və Sakit Okean hövzələri ölkələrinin təbliği təşkilatı (NETPAC) tərəfindən 3 jüri heyəti tərəfindən seçilən bir Asiya filminə veriləcək. Festivalın Qran-Prisinin qalibi 20 milyon Koreya Vonu məbləğində pul mükafatı və priz qazanacaq.

Festivalın rəsmi məlumatına əsasən, JEONJU Beynəlxalq Film Festivalının sərhədləri aşmaq və yeni çağırışlara davam etmək JEONJU BFF-nın təbiətinin olması fikri hər zaman təşkilatçıların inandığı nəsnədir.

JEONJU festivalı daim yeni ifadə üsulları kəşf etmək və sərhədsiz təxəyyül əsasında film sənəti janrının sahəsini genişləndirmək üçün səylər göstərir. Festival proqramlar, məkanlar, tədbirlər və filmlər vasitəsilə janrlar arasında uzlaşma əldə etdiyi üçün ənənəvi film formatlarından və onların nümayiş üsullarından qopa bildiyi üçün festivalın ruhunda özünün şüarını daşıdığını hər zaman vurğulayır.

aki.az