Kinoyazar.az saytının ingilis versiyası hazırlanıb

AKİ-dən verilən məlumata görə, Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası üçün, Azərbaycan kinosu haqqında ingilis dilində mətnlərin artması vacib sayılır. Mütəmadi olaraq bu sahədə AKİ bu sahədə öz dəstəyini göstərir. Kinoyazar.az saytının ingilis versiyasının istifadəyə verilməsi bu məqsədə yönəlib. Saytın redaksiyası xüsusilə Azərbaycan kinoları haqqında ingilis dilində mətnlərin yayımına üstünlük verir.  Bununla yanaşı, yerli kinoşünasların dünya miqyasında tanınması üçün, onların dünya kinoları haqqında da məqalələri də saytda yer alacaq. Bu addım, Azərbaycan kinosunun dünyada tanınması ilə yanaşı, azərbaycanlı kinoşünasların da dünyaya inteqrasiyasına hədəflənib.

aki.az