Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının100 illiyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən poçt markası buraxılıb.

“Azərmarka” MMC-dən verilən məlumatına görə, görkəmli aktrisanın yubileyi münasibətilə hazırlanan poçt markası 21 may 2020 tarixindən etibarən 300 000 tirajla buraxılıb, poçt markasının rəssamı Vüqar Əyyubovdir.

Qeyd edək ki, markalar Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində 300 min tirajla çap olunub. Eyni zamanda, 200 ədəd “Birinci gün” zərfləri hazırlanıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə imzaladığı sərəncama əsasən, Mədəniyyət Nazirliyi yubiley tədbirləri həyata keçirəcək.

Aki.az