M.Y.Şvıdkoy: Kino yayımçıları QR kodların tamaşaçılar üçün ləğv edilməsini istəyirlər

Rusiyanın sənətşünası, ictimai xadim Mixail Yefimoviç Şvıdkoy “Cinema Radio”ya müsahibə verib.

M.Y.Şvıdkoy müsahibədə MDB ölkələrində kinonun vəziyyəti, yayım imkanları, dövlət tərəfindən idarə olunan kinoteatrlar və s. kimi məqamlara toxunub: “MDB ölkələrində kinonun vəziyyəti ümumi götürsək normaldır: “Bu həm də ümumi bazarların inkişafından asılıdır. Çünki kinematoqraf istehsalatdan daha çox yayımın imkanlarından asılıdır. Aydın məsələdir ki, hər bir milli dövlətdə bu imkanlar məhdud ola bilər. Məsələn, burada Rusiya və Ukraynanı istisna etmək olar. Çünki uğurlu yayım üçün publika lazımdır. Rusiyada bu 150 milyon civarındadır, Ukraynada 40 milyondur. Bu artıq az deyil, düzdür? Mənə elə gəlir ki, bazarları birləşdirmək əhəmiyyətli dərəcədə vacibdir. Bizim kinematoqrafçılarımız və yayımçılarımız bir yerdə işləyəndə, bu, daha ciddi nəticə vermiş olacaq.  Bu, çox vacibdir”.

Sənətşünas, kinematoqrafiyanın vəziyyətinin fərqli olduğunu qeyd edir: “ Məsələn Rusiyada çoxlu, müxtəlif filmlər istehsal olunur. Bəlkə də qəribədir, ya da qəribə deyil, Qırğızıstan kimi ölkələrdə kinematoqraf kifayət qədər ciddi şəkildə inkişaf edir. O ki qaldı post pandemiya dövründə Rusiya hökumətinin kinoya yardımına, Rusiyada kinematoqraf sahibkarların əlindədir. Dövlət tərəfindən idarə olunan bir neçə kinematoqrafçılar istisna olmaqla. Bax elə dövlət tərəfindən idarə edilən kinoteatrlar dövlət tərəfindən də yardım alırlar. Bu yardımlar pandemiya dövründə Federal və regional hökumətlər tərəfindən göstərilir. Özəl sektor isə ucuz kreditlər formasında yardım alıb. Kiçik və orta biznesin özəl struktur vahidləri dövlətdən çox ucuz kreditlər alıblar. Bu kreditlər banklar tərəfindən ödənilib, amma kredit faizləri minimal olub. Məsələn 8-9 faiz əvəzinə 3 faiz ödəyiblər. Hesab edirəm ki, ucuz kreditlər hesabına yaradılan filmlər heç də pis alınmayıb. Amma problem başqadır”.

M.Şvıdkoy qeyd edir ki, problem ondadır ki, bu gün bizim yayımçılar QR kodların tamaşaçılar üçün ləğv edilməsini istəyirlər: “Düşünürəm ki, bu mövzu bu gün çox vacibdir. Bu, ciddi şəkildə müzakirə olunacaq. Başqa bir variant da var. Hər kəs QR koda razılıq verəcək,  yəni yayımçılar QR koda razılıq verəcək, amma tamaşaçı zallarının 50%lə məhdudlaşdırılmayacağı təklifini irəli sürəcəklər. Bax, bunun ətrafında müzakirə gedir, çünki QR kodlarda zalların 70%-nin doldurulmasından söhbət gedirdi. Bu, xüsusilə yeni il öncəsi çox aktual müzakirədir”.

aki.az