“Mirzə Cəlilin Azərbaycanı” sənədli filminin premyerası olacaq

“Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin çəkilişləri başa çatıb. “Molla Nəsrəddin”  ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş filmin premyerası keçiriləcək.

Qeyd edək ki, böyük ədib əsərlərini yazarkən uzaqgörənlik nümayiş etdirib. Filmin rejissoru Tahir Əliyev də o fikirdədir ki, Mirzə Cəlil bu günkü Azərbaycanı görərək yazıb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınan filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, prodüseri Nazim Hüseynov, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərlidir.

Filmin ilk təqdimatı 28 fevral Nizami Kino Mərkəzində(saat 19.00),  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı