“Mövsümün sonu” yenidən Kino Evində

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Elmar İmanovun quruluşunda çəkilən “Mövsümün sonu” adlı tammetrajlı bədii filmin növbəti təqdimatı keçiriləcək. Azərbaycanlı ailəsinin həyatının bir günündən bəhs edən film, Beynəlxalq Rotterdam Film Festivalında  FIPRESCI-nin  mükafatına layiq görülüb.

Yeri gəlmişkən, FIPRESCI-nin münsiflər heyətinə rəhbərlik etmiş norveçli tənqidçi Kristin Aalen “Parlaq gələcək” konkursunda təqdim olunan dünyanın müxtəlif nöqtələrini təmsil edən istedadlı işlər barədə qeyd edərək jürinin seçimini belə izah etdi: “Ailənin dağılmasının dərin şəkildə sirrli təsvirinə, əzilmiş istəklərin sirrli məkanına çevrildiyi hər bir evin təravətləndirici şəkildə təcəssümünə görə”.

21 fevral saat 19.00-da yenidən Kino Evinin tamaşaçılarının görüşünə gələn fimin moderatoru, kino yazarı Sevda Sultanovadır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı