“Nəsimi” filmi bərpa olunub

“Azərbaycanfilm” kinostudiyasının 1973-cü ildə istehsal etdiyi “Nəsimi” filmi yenidən bərpa olunub. Filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa studiyası tərəfindən həyata keçirilib və şairin 650 illik yubileyi ilə əlaqədar təşkil olunub.

İsa Hüseynovun ssenarisi əsasında Həsən Seyidbəylinin quruluş verdiyi filmdə əsas rollarda Rasim Balayev, Yusif Vəliyev, Xalidə Quliyeva, Muxtar Maniyev və b.çəkiliblər.

Xatırladaq ki, “Nəsimi” filminin “Balans” Milli Rəqəmsal Bərpa studiyasında yenilənmiş versiyasına dekabrın 20-də saat 19:00-da “Nizami” kinoteatrında baxış təşkil ediləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı