Nadir Bədəlov: “Azərbaycan kinosuna ssenari, ssenarist, kinoyazarı lazımdır, rejissor yox”

Podkastımızın qonağı ssenarist,  publisist Nadir Bədəlovun sözlərinə görə əslində sənədli filmin müəllifi elə onun rejissorudur. Nadir Bədəlov sənədli filmdə rejissor anlayışını qəbul etmədiyini vurğulayıb.  Vətən Müharibəsindən sonra Azərbaycan kinosunda hansı mövzular və hansı qəhrəmanlar olacaq sualına cavab olaraq Nadir Bədəlov deyib ki, bunu indidən söyləmək tezdir –  “Vətən müharibəsi mövzusu olacaq, amma əsas odur ki, özümüzü oxşatmaq istədiyimiz o coğrafiya (Qərb, Amerika – red.) o filmlər yox, özümüz olacağıq”.