Parlamentdə kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi müzakirə olunub

Azərbaycan Respublikası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi olub.

Müzakirədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə Məcəlləsi ilə bağlı Maliyyə Nazirliyindən məktub daxil olmasından bəhs edib: “Növbəti həftələrdə Büdcə Məcəlləsinə rəy verəcəklər. Rüfət müəllim kino çəkilməsinə vəsaitin artırılmasını təklif edir. Amma biz hesab edirik ki, kinoya ayrılan pulu yarı-yarıya kəsmək olar. Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”.

Xatırladaq ki, bu günkü müzakirə zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır.

Bu vəsaitin artırılmasını vacib sayan deputat bildirib ki, büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar.

aki.az