Prezident mədəniyyət xadimlərinə fərdi təqaüdün verilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Təqaüdçülər arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski və Əməkdar mədəniyyət işçisi, səs operatoru Əsəd Əsədov da var.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülənlərin siyahısını təqdim edirik:

  1. Abbasov Tariyel Abbasqulu oğlu
  2. Axundova Nigar Vəli qızı
  3. Aqalliyay Pellumb Mustafa oğlu
  4. Əliyev Zamiq Balarza oğlu
  5. Əsədov Əsəd Fərux oğlu
  6. Həsənov Ənvər Cəfər oğlu
  7. Həsənov Vidadi İsmail oğlu
  8. İbrahimbəyova Anna Yuryevna
  9. İsmayılov Qurban İbrahim oğlu
  10. Qasımov İntiqam Böyükağa oğlu
  11. Qasımov Məmmədsəfa Məmmədəli oğlu
  12. Qasımov Yusif Əli oğlu
  13. Quliyeva Xalidə Camal qızı
  14. Mustafayev Vaqif Behbud oğlu
  15. Nəzirli Şəmistan Əmiraslan oğlu
  16. Rüstəmov Aslan Mahmud oğlu
  17. Süleymanlı Şamil Kamran oğlu
  18. Şıxlinskiy Ziya Ənvər oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

aki.az