Qələbə Gününə həsr olunmuş festival-müsabiqə keçiriləcək

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May – Qələbə Günü festival-müsabiqəsi elan edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən bir turdan ibarət keçirilən festival-müsabiqə fortepiano, xalq çalğı, simli, nəfəs alətləri, gitara, xanəndə, vokal, estrada oxuma və rəsm ixtisasları üzrə Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında 3 yaş qrupu üzrə (I qrup – 8-11 yaş, II qrup – 12-14 yaş, III qrup – 15-17 yaş) nəzərdə tutulub. Müsabiqədə iştirak etmək istəyənlər 5 dəqiqəlik ifa müddəti olan bir əsərlə qatıla bilərlər. Ərizələr məktəb rəhbərliyi tərəfindən aprelin 28-dək [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı