“Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin qısa siyahısı elan edildi

Azərbaycan  Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin qısa siyahısı elan edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə buraxılıb, 15 ssenari növbəti mərhələyə buraxılıb. Katiblikdən qeyd edilib ki, ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

Müsabiqənin qalibləri 18 mart tarixində elan ediləcək. Qərar qəbul etmiş münsif üzvlərinin adları da həmin tarixdə açıqlanacaq.

“Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin qısa siyahısı (müəlliflərin soyadlarının əlifba sırası ilə)

  • Abdullayev Elvin  – Kapitan Fərhadın Odisseyası
  • Dadaşov Nicat  – Sahibin evi
  • Hüseynova Türkan  –  Axırıncı palata
  • Rəsulzadə Çingiz  –  Daima birlikdə
  • Səfərov Hacı   –  Kaş

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.

aki.az