“Qazaxıstan Kino Günləri” keçiriləcək

10-11 dekabr tarixlərində Bakıda “Qazaxıstan Kino Günləri” keçiriləcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbir Nizami Kino Mərkəzində baş tutacaq.

Qeyd edək ki, kino günlərində proqrama iki film daxil edilib:

  • 10 dekabr – “Kenje Kız” cizgi filmi
  • 11 dekabr – “Alğa” filmi

Tamaşaçılara filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər. Hər iki film ingilis subtitrləri ilə rus dilində nümayiş olunacaq. Giriş sərbəstdir.

aki.az