”Qırmızı” filmi VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında iştirak edəcək

21-23 oktyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında Azərbaycan filmi də iştirak edəcək.

Rejissor Tahir Tahiroviçin quruluşunda çəkilən “Qırmızı” qısametrajlı bədii filminin süjet xətti sosial mövzu üzərində qurulub.

Film valideynləri ayrıldığı üçün ucqar kənddə tək yaşayan məktəbli qızdan bəhs olunur. Onun yeganə arzusu kəndin palçıqlı dolanbaclarında yeni qırmızı ayaqqabı ilə gəzməkdir. Amma qırmızı ayaqqabı geyinmək ona qismət olmur.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Sevda Sultanova, rejissor Tahir Tahiroviç, operatoru Əminə Həsənlidir.

aki.az