R.İbrahimbəyov adına “Qızıl tağ” beynəlxalq forumu keçiriləcək

2023-cü ilin sentyabr ayında Moskvada “Kinematoqrafçılar İttifaqları Konfederasiyası” Milli Kinematoqrafçıların Rüstəm İbrahimbəyov adına “Qızıl tağ” Beynəlxalq Forumunu keçirəcək.
Forumda bir sıra peşəkar kinematoqrafçıların ustad dərsləri keçiriləcək. Cədvəli təqdim edirik:

Talqat Tayşanov: “Kino və televiziyada çoxkameralı çəkiliş üsulu”
05.09.2023, saat 14:00 (Rusiya vaxtı ilə)

İmanbergen Marat: “Rəssamların kinoda işi”
06.09.2023, 14:00 (Rusiya vaxtı ilə)

Azat Hakimov: “Bədii filmlərdə, sənədli film estetikasının sistemi”

07.09.2023, 14:00 (Rusiya vaxtı ilə)

Pyotr Krivostanenko: “Ssenarinin vizualizasiyası”
12.09.2023, 14:00 (Rusiya vaxtı ilə)

Rüstəm Saqdullayevin ustad dərsinin mövzusu və keçirilmə vaxtı yaxın zamanda elan olunacaq.

Dəyirmi masa: “MDB ölkələrinin kino məktəblərinin tələbə filmlərinin istehsalı sahəsində əməkdaşlığı və tələbə filmləri festivalları.

“Kinematoqrafçılar İttifaqları Konfederasiyasına üzv ölkələrin birgə film istehsalı” seminarı

Yuxarıda qeyd olunan tədbirlər onlayn və oflayn qaydada baş tutacaq. Zoom platformasına keçid linki yaxın günlərdə yayımlanacaq.

aki.az