Rejissor Kamran Qasımov Amerika TeleAkademiyasının münsifi seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, rejissor Kamran Qasımov Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü kimi Akademiya Fondunun hər il keçirdiyi Kollec Televiziya Mükafatları Müsabiqəsinin münsiflər heyətində təmsil olunacaq.

Qeyd edək ki, K.Qasımov tələbə və debütantların audiovizual işlərini üç kateqoriya – bədii serial, sənədli serial və xəbərlər kateqoriyası üzrə dəyərləndirəcək. Bu barədə Akademiyadan daxil olan rəsmi məktubda deyilir. Mükafatların rəsmi təqdimat mərasimi isə 2023-cü ilin aprel ayında keçiriləcək.
Kollec Televiziya Mükafatları ilk dəfə 1979-cu ildə keçirilib. Mükafatların təqdim edilməsində məqsəd Amerika Televiziya sənayesində ilk addımlarını atan gənc peşəkarların işlərini dəyərləndirmək, onları stimullaşdırmaqdır.

aki.az