Rejissor Leyla Səfərova vəfat edib

Rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Leyla Səfərova dünyasını dəyişib.

Leyla Səfərova 15 oktyabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.

1969–1974-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinorejissorliq fakultəsində təhsil alıb.

1985–1987-ci illərdə Azərbaycandövlət teleradio şirkıtində,1987-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyət göstərməyə başlayıb.

O, 1982-ci ildə “Oğul”, 1988-ci ildə “Kölgədə 40 dərəcə isti” bədii filmini (rejissor), eyni ildə “Seans”(ssenari) dramı, 1992-ci ildə “Naməlum torpaq” tammetrajlı sənədli filmini(ssenari və rejissor işi), 2005-ci ildə “Bakı Xoreoqrafiya Məktəbi 2005” sənədli filmini (ssenari və rejissor işi), 2006-cı ildə “Azərbaycan Respublikasının mayakları” sənədli filmini (ssenari və rejissor işi) ekranlaşdırıb.

29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti rejissor Leyla Səfərovanın ölümündən kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

aki.az