Rüfət Həsənov Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinin icrasına başlayıb

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyində kadr islahatları başlayıb. Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov da yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edildi. “Debüt” studiyasının direktoru Rüfət Həsənov Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinin icrasına başlayıb.

R.Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bates College məzunu olub.2013-cü ildə çəkdiyi “Buqələmun”( Elvin Adıgözəl ilə birgə) tammetrajli bədii filmi Beynəlxalq Lokarno festifalının proqramına daxil olub. “Yoxdur belə söhbət” və “Daxildəki ada” bədii filmlərinin quruluşçu rejissorudu.

Xatırladaq ki, “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən filmlər sırasında Azərbaycan istehsalı olan “Daxildəki ada” tammetrajlı bədii filmi də var.

aki.az