Rüfət Həsənovun yeni filminin tizeri yayınlandı

“Daxildəki ada” tammetrajli bədii filminin tizeri yayınlandı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” tammetrajli bədii filmi “Debüt” studiyası, “Arizonafilm” və “Coyote Cinema”-nın birgə istehsalıdır.

Rüfət Həsənovun ssenari müəllifi və quruluşşu rejissoru olduğu filmin baş qəhrəmanı , şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.

Qeyd edək ki, “Daxildəki Ada” filmi  “Sarajevo Film Festival”ının layihələr müsabiqəsində iştirak edib. Filmin istehsalının özəlliklərindən biri post-prodakşn xərcləri üçün xarici Fonddan vəsait cəlb edilməsidir.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov və Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov ifa edir.

Filmin tizerini bu linkdən izləyə bilərsiz:

https://www.youtube.com/watch?v=nVhHyTcPHZY

Aki.az