Rusiya Federasiyasının Prezidenti V.V.Putin Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib

Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı mərhumun doğmalarına və yaxınlarına başsağlığı verib. Başsağlığının mətni Rusiya Federasiyasının Prezidentinin rəsmi saytında dərc edilib. Başsağlığında deyilir:

“Rüstəm İbrahimbəyovun doğmalarına və yaxınlarına.

Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyovun vəfatı ilə əlaqədar səmimi başsağlığımı və ürək-dirək sözlərimi qəbul edin.
Çoxşaxəli istedad sahibi  və böyük yaradıcı enerji sahibi olan Rüstəm İbrahimbəyov çoxmillətli mədəniyyətimizin tarixində parlaq iz qoyan gözəl əsərlər yaratmışdır. Əbədiyaşar humanizm dəyərlərinə, incəsənətə və tamaşaçılara hörmət hissi onun bütün həyatının və yaradıcılığının əsasını təşkil etmişdir.
Sizin hüznünüzü Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyovun tələbələri, onun istedadının Rusiyadakı və onun hüdudlarından kənardakı pərəstişkarları bölüşürlər.

Vladimir Putin
11 mart 2022-ci il

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.