Rusiya Mədəniyyət naziri Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib

Rusiya Federasiyasının Mədəniyyət Naziri Olqa Lyubimova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar Azərbaycan Kinematoqrafçılar İttifaqının ünvanına başsağlığı teleqramı göndərib.

Teleqramın mətnində deyilir:

“Dərin təəssüf hissi ilə öyrəndim ki, müasir dövrün görkəmli nasiri, dramaturq və rejissor Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov dünyasını dəyişib. Çoxşaxəli istedad və müstəsna bədii zövq sahibi olan Rüstəm İbrahimbəyov kino sənətinin birmənalı şəkildə ustadı idi. Onun bir çox ədəbi əsərləri ekranlaşdırılaraq müxtəlif nəsillərin rəğbətini qazanmışlar. Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyovun əziz xatirəsi həmkarları arasında, onun sadiq pərəstişkarlarının və oxucularının qəlbində qalacaqdır.
Doğmalarına və yaxınlarına mənim dərin başsağlığı sözlərimi çatdırmağınızı rica edirəm. Ruhu şad olsun!”

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.