“Rusiya” Sənədli Kino Müsabiqəsinə ərizə qəbulu başlayır

32-ci “Rusiya” Sənədli Kino Festivalı Müsabiqəsinin film qəbuluna start verilib.

Xatırladaq ki, xarici filmlər üçün də açıq olan “Rusiya” Sənədli Filmlər Festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən etibarən keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd keçmiş Sovet İttifaqı ölkələrinin ərazisində vahid kinematoqrafiya məkanının qorunması, yaradıcı əlaqələrin qurulması və inkişaf etdirilməsi, kinematoqrafçılar arasında təcrübə və ideyaların mübadiləsi, kinematoqrafiya sahəsində yaradıcı gənclərə dəstək verilməsi, sənədli kinonun ən yaxşı nümunələrinin geniş tamaşaçıya çatdırılmasından ibarətdir.

Hər il müsabiqəyə Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur. Yekaterinburqda keçirilən festival proqramına müxtəlif formatlı sənədli filmlərlə yanaşı, eyni zamanda elmi-kütləvi və sənədli televiziya filmləri də daxil edilir.

Müsabiqə Yekaterinburqda 1-6 oktyabr 2021-ci il tarixlərində  keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdıraq ki, ərizələr 10 avqust 2021-ci il tarixinədək qəbul edilir və ərizələr rus dilində yazılmalıdır.

Ərizə forması ilə bu linkdən tanış ola bilərsiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdhLQPsJ1mpF7-90MwoTpEnXPNuRVcej6f_ePpqC_5jcmUzvw/viewform

aki.az