Rüstəm İbrahimbəyov: “Xurmalar yetişəndə” filmi sənədli və bədii kinonun qovşağında təsirli bir hekayədir

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov bu il Venesiya Beynəlxalq Fİlm Festivalında Azərbaycanı təmsil edən Hilal Baydarovun “Xurmalar yetişəndə” filminə baxıb. Rejissorla fikirlərini bölüşən R.İbrahimbəyov filmdən zövq aldığını vurğulayıb: “Hilal bəy, filminizə məmnuniyyətlə baxdım. Film sənədli və bədii kinonun qovşağında təsirli bir hekayədir. Azad və cəsarətli montaj həlli, təbiət qoynunda insan tənhalığı atmosferi yaradır. Siz, sakinləri maraq və simpatiya doğuran  dərin Azərbaycanı göstərirsiniz. Gözəl bir ana obrazı yaranıb. Təbrik edirəm! Venesiyada filminizin uğuruna ümid bəsləyirəm!”

Xatırladaq ki, “Xurmalar yetişəndə” filmi Sarayevo Film Festivalının ən yaxşı sənədli film üzrə “Heart of Sarajevo” mükafatına və İsveçrənin Visions Du Reel film festivalında iki mükafata, Prix Interreligieux və Mention speciale jury competition internationale longs metrages ödüllərinə layiq görülüb.

aki.az