”Səpələnmiş ölümlər arasında” filminin treyleri yayımlandı - Video

Rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filminin treyleri yayımlandı.

Kulis.az xəbər verir ki, “Ucqar Film”in “YouTube” kanalında təqdim olunan filmdə Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur.

Xatırladaq ki, Müstəqil Azərbaycanın kino tarixində ilk dəfədir ki, filmimiz  A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb.

Filmin yaradıcı heyəti: Ssenari: Rəşad Səfər, Hilal Baydarov, rejissor Hilal Baydarov, təqdim edənlər Elşən Abbasov, Hilal Baydarov, birgə istehsalçılar Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserlər Danny Glover, Susan Rockefeller, əlaqələndirici prodüser Sarah D’Hanens, görüntü rejissoru Elşən Abbasov, bəstəkar Kənan Rüstəmli, operator Orxan Həsənov.

Rollarda iştirak edirlər: Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İsaqov, Gülnaz İsmayılova, Gülarə Hüseynova.

 

aki.az