“Şərq-Qərb.Qızıl Tağ” Beynəlxalq Kino mükafatının nominantlarının qısa siyahısı açıqlanıb

“Şərq-Qərb. Qızıl Tağ” kinomükafatının münsiflər heyəti 2020/2021 nominantlarının qısa siyahısını müəyyənləşdirdi. Onların arasında artıq bütün dünyada şöhrət qazanmış, beynəlxalq festivallarda iştirakı belə nəzərə çarpmayan, lakin milli kinematoqrafiyalar üçün hadisəyə çevrilən filmlər də var.

Qeyd edək ki, cəmi 13 nominasiya üzrə olan qısa siyahıda 23 ölkədən(Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Rumıniya, Almaniya, İrlandiya, Çexiya, Polşa, Özbəkistan, İtaliya, İsrail və başqa ölkələr) 29 film təqdim edilmişdir. Kinematoqrafiyaya töhfəyə görə nominasiya üzrə mükafat İdarə Heyəti tərəfindən müəyyən olunub.

Filmlərin siyahısı ilə bu lingdən tanış ola bilərsiniz:

https://www.eurasiacinema.org/nominanty?fbclid=IwAR1KD5kVO9TgYNLtnWvYpGQ4Y6GOoiJgKol-MRu2zbIToFSsTZl5LKDPuDM

aki.az