“SHORTS MEXİCO” beynəlxalq film festivalı keçiriləcək

2023-cü il, 1-30 sentyabr tarixlərində “SHORTS MEXİCO” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.

2006-cı ildən bəri, hər il sentyabr ayının ilk həftəsində Meksikada  keçirilən, bu il 18-ci ildönümünü qeyd edən, Latın Amerikasındakı ən böyük ixtisaslaşmış qısametrajlı film festivalı olan SHORTS MEXİCO, dünyanın hər yerindən yeni başlayan və tanınmış kinorejissorların yaradıcılığını dəstəkləyən və təbliğ edən bir platformadır.

Xüsusilə qısametrajlı filmlərə həsr olunmuş, 2023-cü il üzrə dünyanın dörd bir yerindən mindən çox filmin təqdim olunacağı ən böyük hadisə hesab olunur.

Qeyd edək ki, “SHORTS MEXİCO” festivalının əsas vəzifələri milli və beynəlxalq qısametrajlı filmləri sərgiləmək, yaymaq, təbliğ etmək, istehsalı artırmaq, izləyicilər və film istehsalçıları arasında qarşılıqlı əlaqələr qurmaq, yeni publika və format yaratmaq, kinematoqrafiya peşəkarlığını və yaradıcılığını dəstəkləməkdən ibarətdir. 15-dən çox ölkədə milli və beynəlxalq tura sahib olan festivalın təşkilatçıları hər il seçim üçün 5000-dən çox qısametrajlı filmi qeydiyyata alırlar. Festivalın son buraxılışlarında Meksika üzrə 60-dan çox məkanda 1 milyondan çox izləyici qeydə alıb. Festivalın təsisçisi və direktoru Xorge Maqana, proqramlaşdırma direktoru isə filmin kuratoru və prodüseri Isaak Basultodur.

2011-ci ildən bəri festivalda, bəzi aktyorların əsərlərini əks etdirən xüsusi bir proqram yaradılıb.

2012-ci ildə iştirakçıların qısametrajlı film ssenarilərini təqdim etdiyi müsabiqənin davam etdirilməsinə qərar verilib. 2013-cü ildə Meksika kinosunda yeni istedadları tanıtmaq üçün yarış proqramı, 2019-cu ildə isə iştirakçıların qısametrajlı film layihələrini təqdim etdiyi qısa film pitçinq müsabiqəsi yaradılıb.

Festival haqqında daha çox məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://filmfreeway.com/SHORTSMEXICO

https://filmmakers.festhome.com/festival/shorts-mexico-festival-internacional-de-cortometrajes-de-mexico

aki.az