Teymur Hacıyev: “Birgə istehsal üçün Azərbaycanda şəffaf kino istehsalı strukturu yoxdur”

Dünyanın bir çox yerlərində ideyası, ssenarisi hazır olan, lakin bunları filmə çevirməkdən ötrü büdcə tapa bilməyən rejissorlar var. Azərbaycanın özündə filmini çəkməyə büdcə tapa bilməyən rejissorların müraciət edə biləcəyi beynəlxalq fondlar hansılardır? Büdcə problemi olan rejissorların bu fondlardan maddi vəsait qazanmaq şansları nə qədərdir? Bəs bu vəsaiti qazanmağın şərtləri nələrdir? Sualları rejissor və prodüser Teymur Hacıyev cavablandırır.