“Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin 1-ci hissəsi tamamlanıb

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyası “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin 1-ci hissəsinin istehsalını tamamlayıb.

Aki.az saytı mct.gov.az-a istinadən bildirir ki, maarifləndirici xarakter daşıyan, çoxhissəli animasiya filminin ilk hissəsində Tıq-tıq öz dostları ilə cənub bölgəmizə səyahət edir və balaca dostlarımıza orada bitən, nadir ağaclardan olan dəmirağac haqqında məlumat verir. Eyni zamanda animasiya filmində fərqli maarifləndirici məlumatlar da müxtəlif şəkillərdə balacalara çatdırılacaq.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

Aki.az