V DokuBaku Beynəlxalq Sənədli Film Festivalının üçüncü günündə

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaşlarından biri olduğu V DokuBaku Beynəlxalq Sənədli Film Festivalının builki proqramı 200-dən çox təqdimat arasından seçilmiş 50 filmdən ibarətdir və finalçılar 30 ölkəni təmsil edir.

DokuBaku festivalı Ən Yaxşı Uzunmetrajlı, Ən Yaxşı Qısametrajlı və Ən Yaxşı Azərbaycan Sənədli Filmi adlı nominasiyaları açıqlayıb. Eyni zamanda pandemiya zamanı həyatla bağlı yarışmadan kənar filmlərin nümayişi də həyata keçiriləcək.

Yeri gəlmişkən, seçim komitəsinin festivalın tamaşaçılarına və münsiflər heyətinə təqdim ediləcək bütün filmləri qiymətləndirməsi üç ay vaxt aparıb. Münsiflər heyəti festival boyunca namizədləri qiymətləndirəcək. Festivalın münsiflər heyətinə Vitaly Mansky və Kristian Feigelson kimi tanınmış sənədli film rejissorları və mütəxəssislər daxildir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq filmlərin 5 noyabr proqramında  “25 illik tənhalıq” – İrina Vasilyeva (Rusiya), “Günəşin altında” – Vitali Manski (Rusiya, Almaniya, Çexiya, Latviya, Ş.Koreya), “Köç” – Zaur Məhərrəmov (Azərbaycan), “9 dəqiqə” – Xamis Muradov (Azərbaycan), “Sərhəd” – Nizami Abbas (Azərbaycan), “Dissonans” – Teymur Bəkirzadə (Azərbaycan), “Altıaylıq” – Mirsadıq Ağazadə (Azərbaycan) filmləri nümayiş olunacaq.

Rusiya rejissoru İrina Vasilyevanın çəkdiyi “25 illik tənhalıq” filmində uzun illərdir ki, Abxaziyanın müharibə sindromunu dəf edə bilməməsindən bəhs olunur. Dağlıq Lavrik Axba kəndində, Abxaziya Dram Teatrının aktyoru, sərhəd qoşunlarının ikinci dərəcəli kapitanı dostu Tuteyə tanışlıq saytı vasitəsi ilə həyat yoldaşı tapmağa kömək etməyə çalışır. Ancaq sonda məlum olur ki, müharibə qəhrəmanı, kitab və qadın düşkünü olan qəhrəman əslində müharibədən daha əzablı olduğu ortaya çıxan bir sevgi ilə üz-üzə qalıb.

Nümayişdən sonra filmin rejissoru İrina Vasilyeva çəkiliş prosesindən danışdı və tamaşaçıların sullarını cavablandırdı.

aki.az