”Xaç atası” 3: İkinci doğuluş

Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının motivləri əsasında rejissor Frensis Ford Koppolanın quruluş verdiyi, kinematoqrafiya tarixinin ən yaxşı qanqster dram filmi hesab olunan “Xaç atası” filmi 70-ci illərin ən baxımlı və düşündürücü sənət nümunələri içində özünə yer tutub. İlk çəkilişdən sonra növbəti iki versiyanın çəkilişi də tamaşaçıların marağına səbəb olsa da, filmin rejissoru belə qərara gəlib ki, sonuncu çəkilən versiyada dəyişiklik edərək filmi bir növ yenidən bərpa etsin.

Frensis Ford Koppola bildirib ki, “Xaç atası 3” filminin başlanğıcını və sonunu dəyişmək niyyətindədir: “Finalın bu versiyası üçün yeni bir başlanğıc və son yaratdım, eyni zamanda bəzi səhnələri, çərçivələri, musiqi tərtibatını dəyişdirdim, hətta musiqi replikalarını yenidən təşkil etdim. Bu dəyişikliklər və bərpa olunan çərçivələr, səslər, fikrimcə, “Xaç atası” I və “Xaç atası” II hissənin daha uyğun bir sona çatması deməkdir, daha uyğun bir nəticədir, Jim Gianopoulos və Paramount’ a minnətdaram ki, onlar mənə geri dönməyə icazə verdilər”.

Thefilmstage.com məlumat verir ki, F.F.Koppolanın ustalıqla yerinə yetirdiyi Pyuzo romanının ekranlaşdırması Korleon ailəsinin yüksəliş və yıxılmasından bəhs edir və kinematoqrafiya tarixinin ən önəmli nümunələrindən biri sayılır.

Məşhur qanqster film-trilogiyasının sonuncu hissəsi olan “Xaç atası” III filminin(1990) çəkilişindən 30 il keçir və bu il özünün yubileyini qeyd edən “Xaç atası” III  yeddi “Oskar” mükafatına, o cümlədən “ən yaxşı film” və “ən yaxşı rejissor”mükafatına namizəd göstərilib.

Paramount Arxivinin baş vitse-prezidenti Andrea Kalas deyir ki, Koppola yeni montaj üzərində işləyərkən bərpanın hər bir aspektini izləyirdi, filmin təkcə görünməməsinə və toxunulmaz səslənməsinə deyil, həm də onun şəxsi standartlarına və rejissor görməsinə uyğun gəlməsinə zəmanət verirdi”.

Xatırladaq ki, “Xaç atası” filminin yeni versiyası bu ilin dekabr ayında, son çəkilən bölümün 30 illiyi şərəfinə keçirilən ərəfədə prokata çıxacaq, bundan sonra onu striminq platformalarında görmək mümkün olacaq.

aki.az