Xalq artisti Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib. Sərəncamda deyilir:

R.Ə.Balayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Əhməd oğlu Balayev “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2023-cü il

Xatırladaq ki, Rasim Balayev 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərə görə isə

  • 23 dekabr 1976-cı ildə – Əməkdar artist;
  • 1 dekabr 1982-ci ildə – Xalq artisti
  • 26 aprel 1986-cı ildə – Dövlət mükafatı
  • 7 avqust 1998-ci ildə – “Şöhrət” ordeni
  • 1 avqust 2018-ci ildə – “Şərəf” ordeni
  • 7 avqust 2023-cü ildə – “İstiqlal” ordeninə layiq görülüb.

Aki.az