Xalq yazıçısı Oljas Süleymenov yeni tarixi film layihəsi barədə açıqlama verib

Türk dünyasının görkəmli ictimai-siyasi xadimi, böyük türkoloq, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov “Cınema Radio” Kino Radio Kanalına Qazaxıstanda istehsalata buraxılacaq yeni tarixi film layihəsi barədə açıqlama verib.

O.Süleymenov deyib ki, hazırda Mədəniyyət Nazirliyinin “Beybars” adlı çox vacib bir layihəyə hazırlaşdığını bilir: “Bu, Beybars xan haqqındadır. O, öz dövründə məmlük olub. Film üzərində artıq iş gedir, filmin ssenarisi yazılır. Ümid edirəm ki, bu işə ciddi yanaşacaqlar.  Mən həm Qazaxıstan Mədəniyyət Nazirliyini, həm də “Qazaxfilm” kinostudiyasını nəzərdə tuturam. Çox yaxşı çəkiliş qrupu, belə desək, icraçılar yığılır. Buna görə də işlərin yavaş-yavaş qaydasına düşəcəyinə ümid bəsləyirik”.

Videoyazı bu lingdə:

 

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

aki.az