Yarat Film Klubunda film nümayişlərinə start verilir

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyilə Yarat Film Klubunda film nümayişlərinə start verilir.

İlk olaraq italiyan rejissor Federiko Fellininin fəlsəfi-satirik komediya üslubunda lentə aldığı “Orkestrin məşqi” filmi nümayiş olunacaq.

Tamaşaçılar 70 dəqiqəlik italyan dilində nümayiş olunacaq filmi Azərbaycan dilində alt yazılarla seyr edəcək.

Filmin nümayişi  20 avqust,saat 20:00-da ARTIM layihə məkanında baş tutacaq.
Qeydiyyat linki: https://cutt.ly/wXs4Vd0
Xatırladaq ki, filmin nümayişindən sonra, Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının (Vyana, Avstriya) İdarə Heyətinin üzvü, Qərbi Kaspi Universitetinin psixoanaliz üzrə lektoru, psixoanalitik Fariz Səmədov ilə “Kino və psixoanaliz” mövzusunda açıq müzakirə keçiriləcək.

aki.az