Kinotənqidçi Hacı Səfərovun qısametrajlı debüt filminin çəkilişləri sona çatıb. “Tərsinə kölgələr” adlanan bədii film, yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.
İllər sonra azadlığa çıxmış qəhrəman dramatik dilemma qarşısında qalır. O, sevgi və intiqam arasında seçim etməlidir.
Filmin ssenaristi və quruluşçu rejissoru H.Səfərov, prodüserləri Emil Nəcəfov, H.Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, bəstəkarı Nigar Süleyman, montajçısı Mirzəli Əlizadə, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır. Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.
Azərbaycan Kinmatoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb.
aki.az