Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq “Şərq–Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramına seçilən iştirakçılar müəyyən olunub.
Proqrama seçilən layihələr aşağıdakılardır:
“Tanrının otağı”
Rejissor: Qulu Əsgərov
Prodüser: Nicat Dadaşov
“Beşinci mərtəbədən şəhər mənzərəsi”
Rejissor: Ələmdar Faiq
Prodüser: Nicat Dadaşov
“Dəniz səviyyəsindən 28 metr aşağıda”
Rejissor və prodüser: Mirbağır İsmayılov
“Kamança”
Rejissor: Orxan Babayev
Prodüser: Ramail Həsənzadə
“Toy”
Rejissor: Nurcahan Azayeva
Prodüser: Seyran Bədəlov
“Qonşu evin işıqları”
Rejissor və prodüser: Səməd Ağayev
Təlimlər 8–14 aprel 2026-cı il tarixlərində Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) keçiriləcək. Proqramın mentorları azərbaycanlı rejissor və ssenarist Orxan Ağazadə və Fransanın KIDAM şirkətinin prodüseri, maliyyə və idarəetmə direktoru Jül Qranjedir. Layihənin əsas məqsədi beynəlxalq platformalarda rəqabətin yüksək olduğu mühitdə azərbaycanlı kinematoqrafçıların iştirak və seçilmə potensialını artırmaq, onların layihələrinin inkişafına və beynəlxalq bazara çıxışına dəstək verməkdir.

