Azərbaycan Kinematoqrafçılar İttifaqının fotoqrafiya və vizual hekayə sahəsinə maraq göstərən gənclər üçün təşkil etdiyi “Kompozisiyanın əsasları” adlı təlim proqramının seçim mərhələsi uğurla yekunlaşıb.
Seçim nəticələrinə əsasən, proqramda iştirak hüququ qazanan namizədlər aşağıdakılardır: Şəhla Hüseynova, Zamin Cəfərov, Məhəmmədəli Cəlalzadə, Dinarə Qənbərli, Müzəffər İsrafilov, Sehrayyə Piriyeva və Vaqif Rəhimov.
Təlim proqramı iştirakçıların fotoqrafiya və vizual hekayəçilik sahəsində nəzəri biliklərinin artırılmasını, eləcə də praktiki bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Bu təşəbbüs gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına və onların peşəkar inkişafına töhfə verməyi məqsəd qoyur.
İştirakçıları təbrik edir, onlara uğurlar arzulayırıq!
aki.az

