“Mənim Evim” tammetrajlı sənədli film layihəsi Krakov Film Festivalı çərçivəsində keçirilən CEDOC Market 2026 platformasına seçilib. Film, 86 yaşlı Vəlinin ömrünün son günlərində keçmiş evini və yaxınlarının məzarını son dəfə ziyarət etmək arzusundan bəhs edir.

Sözügedən layihə indiyədək Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi “AKİDocs sənədli filmin inkişafı və pitçinqi” beynəlxalq layihəsinin (2025) qaliblərindən biri olub, WARM Academy & Festival in Sarajevo (2025) proqramına seçilib və CHANGE Co-Production Training 2025–2026 iştirakçısıdır. Layihə ilk beynəlxalq təqdimatını Kopenhagendə keçirilən CPH:DOX beynəlxalq sənədli film festivalı çərçivəsində edib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mənim Evim” layihəsinə maliyyə dəstəyi ayırıb. Layihənin rejissoru Ülviyyə Əhmədova, prodüseri Nicat Dadaşovdur. Film Tahir Tahiroviçin “Nova Gorica” və Nicat Dadaşovun Cineart Group şirkətlərinin müştərək istehsalıdır.
aki.az

