Bir neçə gün öncə, AKİ-nin maliyyə ayırdığı “Nəvə” tammetrajlı sənədli film layihəsinin Balkan regionunun ən nüfuzlu festivallarından hesab edilən XVIII BelDocs Beynəlxalq Sənədli Film Festivalının pitçinq forumunda iştirak hüququ qazanması haqqında məlumat vermişdik.
Aprelin 23-də sözügedən layihə pitçinq forumunun qalib layihələrindən biri olub. Münsiflər Heyəti üzvlərinin – Yasmin Basic (Vision du reel), Karmen Vicencio (Amerika Sənədli Filmi AMDOC) və Diana Karklinin (Rise and Shine) qərarına əsasən, “Nəvə” layihəsi Avropa Sənədli Film Asosasiyasının “Talent Encouragement Award” mükafatına layiq görülüb.
Bundan öncə, “Nəvə” layihəsi CineDoc – Tbilisi New talents Caucasus award mükafatını qazanmışdı. Sənədli filmin ideya və ssenari müəllifi Afaq Yusifli, prodüseri Murad Allahverdidir.
Xatırladaq ki, sənədli film layihəsinin forumda iştirakının səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.
aki.az