Azərbaycan Kinorejissorlar Gildiyası təklif edir

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin Kino Şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan Kinematoqrafiyası İnkişaf Konsepsiyası”nın növbəti videomüzakirəsi keçirilmişdir. Müzakirədə iştirak edən Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev facebook səhifəsində konsepsiyanı ümumən dəstəklədiyini  qeyd edib, eyni zamanda bəzi məqamlarla bağlı öz narahatçılığını bildirməyi də vacib bilib. Gildiya sədrinin təkif və iradları aşağıdakılardır:

  1. Dövlətin yaratdığı publik-hüqüqi şəxs olan Kino Agentliyin əsas funksiyası “dövlətin kinematoqrafiya sahəsindəki icra hakimiyyəti orqanı” olmalıdır və bu konsepsiyada öz əksini tapmalıdır.
  2. Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) nə üzərində, nə tərkibində, nə də yanında heç bir, onun fəaliyyətinin monitorinqini aparan və ya nəzarət edən və ya müşahidə edən dövlət məmurlarindan ibarət orqan ola bilməz. Bu dövlətin yaratdığı orqandır və dövlətin yaratdığı təşkilatların fəaliyyətinin monitorinqini, nəzarəti (lazım bildikdə) və müşahidəsini həyata keçirmək üçün kifayət qədər mexanizmiləri var. İctimai nəzarət isə Kino İttifaqın təklif etdiyi və konsepsiyada nəzərə alınmış tərkibi kinoictimaiyyətindən ibarət “Məsləhət Şurasıdır”…
  3. Kino mədəniyyəti anlayışı audiovizual mədəniyyəti ilə əvəz olunmalıdır, çünki kinematoqraf audiovizual mədəniyyətin fundamentidir. Çoxları bu məsələyə qeyri-peşəkar yanaşaraq televiziyanı qabardırlar, amma başa düşə bilmirlər və yaxıd bilmək istəmirlər ki, televiziya audiovizual mədəniyyəti kütləyə çatdıran bir vasitədir.
  4. Konsepsiyada kinematoqrafın maliyyə mənbələrin istiqamətləri daha dəqiq göstərilsə gələcək fəaliyyət asandlaşdırılar:
  • SƏNƏT – “Qaytarılmayan vəsait” – dövət yardımı forması.
  • İDEOLOGİYA – “Nisbətən qaytarılan vəsait” – dövlət sifarişi forması.
  • KOMMERSİYA – “Qaytarılan vəsait” – kredit forması

Ayrilmış vəsaiti bir qazana atıb hamıya dövlət sifarışı kimi baxmaq düzgün deyil.

H.Mehdiyev onu da qeyd edib ki, təkliflərinin nəzərə alınacağına ümid edirlər.

aki.az