Çingiz Abdullayev “Dostluq” ordeni ilə təltif olunub

Xalq yazıçısı Çingiz Abdullayev, Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif olunub.

Ç.Abdullayev psixoloji və siyasi detektiv janrlarındakı əsərlərini rus dilində yazır. “Bir tikə çörək”, “Mavi mələklər”, “İnsan ovu”, “Əclafların qanunu” və s. kimi çox məşhur əsərlərin müəllifidir.

Qeyd edək ki, rusiyalı kinematoqrafçılar Ç.Abdullayevin üç əsəri əsasında “Dronqo”(2002) serialı çəkiblər. Serialın çəkilişləri iki il davam edib. Filmdə MDB ölkələrindən 400 aktyor iştirak edib.

Yazıçı Sputnik Azərbaycana- bildirib ki, Rusiya prezidenti tərəfindən təltif olunduğu “Dostluq” ordeni Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmlədilməsində xidmətlərinə görə verilib: “Rusiya Prezidenti, hörmətli cənab Vladimir Putinə zəhmətimi qiymətləndirdiyinə görə minnətdaram. Səni dünyanın ən böyük ölkəsində qiymətləndirmələri, hörmət etmələri böyük şərəfdir. Ancaq məni ən çox sevindirən budur ki, ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə görə təltif olunuram. Rusiyada mənim kitabım olmayan şəhər, demək olar ki, yoxdur. Oxucularıma təşəkkür edirəm”,

Azərbaycan Kinematoqrafçılar İttifaqı