Gənc rejissorun filmi Avropa Film Marketində təqdim olunacaq

Gənc rejissor və ssenarist Nurlan Həsənlinin “Həvəskar fotoqrafın ailəvi portreti” tammetrajlı sənədli filmi bu il Berlin Film Festivalının Avropa Film Marketində təqdim olunacaq.

Film bir rejissorun, yəni Nurlan Həsənlinin öz ailəsilə bir filmi çəkmək prosesini əks etdirir. Rejissor filmini ərsəyə gətirmək üçün ailəsindən kömək istəyir. Onlardan aktyor kimi yararlanmaq niyyətindədir. Çəkiləcək qısa metraj ssenarinin mövzusu isə öz ailə fərdlərini bir yerə yığıb ailəvi şəkil çəkdirməkdir. Amma sənədli filmdən aydın olur ki, hər birinin özünəxas dərdi olan real ailə fərdlərini bir yerə gətirmək daha da çətindir.

Film hal-hazırda inkişaf mərhələsindədir. ”B2B Doc”, “CineDoc Tbilisi”, “When East Meet West” proqramlarından mükafatlar əldə edib.

aki.az