Hilal Baydarovun filmi nüfuzlu tənqidçinin onluğunda

Məşhur kino tənqidçisi Andrey Plaxov 2022-ci il ərzində ən güclü filmlərin siyahısını öz fərdi seçimiylə təqdim edib.

Andrey Plaxov 2005-2010- cu illərdə FİPRESSİ-nin prezidenti olub, hazırda fəxri prezidentlərdən biridir.

A.Plaxovun siyahısına Paolo Tavianinin “Əlvida Leonara”, Martin Makdonanın “İnişerinanın banşiləri”, Luka Quadanyinonun “Tam və bütünlüklə”, Ruben Estlundun” Kədər üçbucağı”, Todd Fiddin “Tar”, Sergey Loznitsanın “Dağılmanın təbii tarixi”, Ulrix Zaydanın “Sparta”, Fernando Frankonun “Müqəddəs bahar”, Tsay Min-lyanın “Harda” filmlərini salıb.

Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” filmini də A.Plaxovun 2022-ci ilin ən yaxşı filmləri sırasında qeyd edib.

Xatırladaq ki, “Balıqlara xütbə” filmi Lokarno və Tokio Film Festivallarının rəsmi proqram iştirkaçısı olub, Tokio Festivalının mükafatını qazanlb.

aki.az