Azərbaycan Kinematoqrafçılar İttifaqı mütəmadi olaraq “Məktəblərdə film nümayişi” layihəsini həyata keçirir.
iyunun 5-də, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Qurban Bayramı münasibətilə AKİ balaca tamaşaçıların bayram günlərinə rəng qatmaq üçün 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində Firəngiz Qurbanovanın “Araqçın”, Vahid Talıbovun “Yeni il əhvalatı ” animasiya filmlərini və yeniyetmələr üçün Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmlərini nümayiş etdirib.

Nümayişdən sonra uşaqlar, AKİ-nin film nümayişləri üzrə prodüseri Ülviyyə Əhmədova ilə nağıllar, animasiya filmləri, bədii filmlər haqqında müzakirə aparıblar.

Daha sonra, AKİ əməkdaşı Tofiq Amatayev uşaqlara bayram sovqatları paylayıb. AKİ azyaşlı tamaşaçılarda kinoya marağı artırmaq məqsədilə analoji tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırır.
aki.az